İngiltərənin "Mançester Yunayted" futbol klubu, keçmiş futbolçusu Kriştiyanu Ronaldonu geri qaytarmaq üçün əməli işə keçib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun Madrid "Real"ı ilə hazırkı sözləşməsini uzatmağı düşünmədiyi barədə verdiyi son açıqlama, "qırmızı şeytanları" əməlli-başlı ümidləndirib. K.Ronaldo kral klubunun rəsmiləri tərəfindən onunla hazırkı müqavilənin müddətinin uzadılması barədə verdikləri açıqlamalrı yalan adlandıraraq, bu barədə hələ düşünəcəyini elan edib. İngiltərənin "The Sun" qəzeti isə iddia edir ki, "Mançester Yunayted" keçmiş əfsanəsini geri qaytarmaq üçün 100 milyon avro büdcə ayırıb. Qəzet yazıb ki, portuqaliyalı hücumçu Madrid klubu ilə müqaviləni yeniləyəcəyi təqdirdə isə, "MY" "Tottenhem"in futbolçusu Qaret Beylin transferi məsələsinə baxacaq. Uelsi yarımmüdafiəçi üçün də 100 milyon avro dəyərində təklif göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB