"Qarabağ" Ankarada

Avroliqaya hazırlaşan "Qarabağ" bu gün səhər Türkiyəyə yola düşüb.

Siasport xəbər verir ki, komanda Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışında olacaq. Ağdam təmsilçisi Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən "Qarabağ" ilk oyunu evdə keçirməli olsa, komanda iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.

Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə