Güloğlan Cabbarov həbs olunub

Azərbaycan kubokunun finalında baş verən hadisələrlə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu tərəfindən açılan cinayət işi davam etdirilir.Siasport xəbər verir ki "Neftçi"nin keçmiş rəisi Güloğlan Cabbarov ölkəni tərk etmək istərkən hava limanında keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub.

Məlumatda o da qeyd olunur ki, Baş Polis İdarəsinin İstintaq Şöbəsində dindirilən Cabbarov Bakını tərk etməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb.

O, kubokun finalında "Xəzər Lənkəran"ın futbolçuları Radomir Todorovla Kamran Abdullazadəni döyməkdə günahlandırılır.

Bakı şəhər Baş Polis İdarəsi ilə şəhər Prokurorluğu mayın 30-da yaydığı rəsmi məlumatda faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə