"Qalatasaray" kamerunlu futbolçunun transferini rəsmən açıqladı!

"Qalatasaray" kamerunlu futbolçunun transferini rəsmən açıqladı!

İstanbulun "Qalatasaray" futbol klubu, yeni mövsümdə ilk transferini rəsmən bəyan edib. Siasport.az saytı xəbər verir ki, uzun zamandır ki, Fransanın "Lill" futbol klubunun kamerunlu forvardı Aurelien Khedjou ilə danışıqlar aparan "Qalatasaray" klubu, nəhayət ki, kamerunlu futbolçunu rənglərinə bağlayıb. "Cim bom" bu transfer üçün "Lill"ə 6 milyon avro ödəyəcək. İstanbul klubu ilə 4 illik müqavilə imzalayan kamerunlu futbolçu isə, ildə 2 milyon 200 min avro məvacib alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə