Dortmund "Borussiya"sında göstərdiyi futbol ilə bütün Avropa klublarının maraq dairəsinə düşən Robert Levandosvski, artıq gələcək koreyrası ilə bağlı qərarını qətiləşdirib. Siasport.az saytı xəbər verir ki, polşalı ulduz futbolçu, gələcək koryerasını futbol üzrə Almaniya Bundesliqasında davam etdirməkdə qərarlıdır. Amma "Borussiya"da deyil, R.Levandovskinin komandasını məğlub edərək, UEFA Çempionlar Liqasının qalibi olan "Bavariya"da. Bu barədə ulduz futbolçunun meneceri Kezar Kuçkarski məlumat verib. Menecer deyib ki, artıq "pivəçilər" ulduz futbolçu üçün konkret təklif irəli sürüblər. Futbolçunun özünün də "Bavariya"ya keçmək üçün can atdığını, "Bavariya"ya transfer üçün futbolçu tərəfindən heç bir problemin olmadığını etiraf edən K.Kuçkarski, bunun üçün ilk növbədə klubların razılığa gəlmələrinin vacib olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB