Dima karyerasını başa vurdu

"Simurq"un veteran qapıçısı Dmitri Kramarenko futbolçu karyerasını başa vurub.

Siasport xəbər verir ki, 39 yaşlı əlcək sahibi axır ki, "bəsdir" demək qərarını verib.

Qeyd edək ki, Kramarenko uzun illər Azərbaycan millisinin əsas qapıçısı olub. Karyerası ərzində o, "Neftçi", "Alaniya" (Vladiqafqaz, Rusiya), "Dinamo" (Moskva, Rusiya),Terek(Rusiya),"Karvan" və "Xəzər Lənkəran" kimi klubların şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə