Hazırda İstanbulun "Qalatasaray" futbol klubunda çıxış edən Didye Droqba, klub prezidenti Ünal Aysalın komandada idman direktoru işləməklə bağlı təklifini cavablandırmağa tələsmir. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın televiziyasına müsahibə verən ulduz futbolçu bildirib ki, hələ futbol koryerasını başa çatdırmaq barədə düşünmür. Eyni zamanda istanbul klubunda özünü çox xoşbəxt hiss etdiyini deyən ulduz futbolçu hal-hazırda ancaq və ancaq "Qalatasaray"ın uğurları üçün çalışdığını dilə gətirib. O bildirib ki, "Qalatasaray"ın idman direktoru və ya başqa vəzifə barədə düşünmək onun üçün hələ tezdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB