İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olan Fatih Terim, daha bir futbolçu barədə son qərarını verib. Siasport.az saytı Türkiyənin nüfuzlu "Sporx.com" saytına istinadən xəbər verir ki, "imperator" ləqəbli təcrübəli baş məşqçi, "Yuventus"dan icarə əsasında alınaraq, hazırda "Qalatasaray"da forma geyən braziliyalı Felipe Melonun gələn mövsüm də komandada qalmasına qərar verib. Braziliyalı futbolçunun son bir neçə qarşılaşmada sərgilədiyi yüksək futbol texnikasından məmnun olan baş məşqçi, eyni zamanda ona ciddi xəbərdarlıq dərək, köhnə formasını bərpa etməsi üçün ona vaxt verib. Türkiyə saytı yazır ki, braziliyalı futbolçu da baş məşqçinin bu xəbərdarlıq mesajını var gücü ilə müsbət yöndə dəyərələndirəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB