Türkiyənin məşhur müğənnisi, daha çox "Fənərbaxça" azarkeşi olması ilə tanınan İbrahim Tatlısəs şok açıqlama ilə çıxış edib. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça"nın "Eskişehirspor"a 0:2 hesablı məğlubiyyətindən sonra öz şəxsi twitter səhifəsindən yaydığı açıqlamada baş məşqçi Aykut Kocamanın istefaya göndərilməsini tələb edib. Məşhur müğənni, A.Kocamanın bir sıra taktiki səhvlərə yol verdiyini və gələcək mövsüm üçün komandanın sükanı arxasında qala bilməyəcəyini elan edib. O, "Fənərbaxça"nın baş məşqçisi postunda Yılmaz Vuralı görmək istədiyini elan edib. O, bu fikrini onunla əsaslandırıb ki, Y.Vural olduqca çılğın, futbolçulara qarşı dəmir intizam tətbiq edən bir məşqçidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB