"Eskişehirspor"un gənc forvardı Alper Potuk futbolçu koryerasını "Qalatasaray" klubunda davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir "Qalatasaray"ın transfer siyahısında olan gənc futbolçunun keçidi artıq rəsmiləşmək üzrədir. "Eskişehirspor" futbol klubunun prezidenti Halil Ünal jurnalistlərə bildirib ki, futbolçunun keçidi ilə bağlı "Qalatasaray" klubu ilə gərgin müzakirələr artıq başa çatmaqdadır. Danışıqların uğurla aparıldığını deyən klub rəhbəri qeyd edib ki, ortada qalan bir-iki xırda nüanslar aradan qaldırıldıqdan sonra, A.Potuku "Qalatasaray"ın futbolçusu kimi təbrik etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB