AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə yekun vurulub

AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə yekun vurulub

Dünən "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə yekun vurulub. Siasport idman portalının məlumatına görə, yarışın sonuncu günündə sərbəst güləş üzrə gənc pəhləvanlar mübarizə aparıblar.

Yarışda Elnur Kabatayev (50 kq, Qazaxıstan), Ruslan Surxayev (55 kq, Azərbaycan), Şota Partenidze (60 kq, Gürcüstan), Hacımurad Ömərov (66 kq, Azərbaycan), Saken Aytjanov (74 kq, Qazaxıstan), Həmzət Osmanov (84 kq, Azərbaycan), Yusuf Can Zeybek (96 kq, Türkiyə) və Geno Petriaşvili (120 kq, Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Milli komandamızın digər üzvləri Nurlan Hacıyev (60 kq), Ənvərbəy Dalqatov (66 kq), Kamran Yunusov (74 kq), Məhəmməd Abdulxalıqov (84 kq), Ali Maqomedabirov (120 kq) gümüş, Ağabəy Ramazanzadə (60 kq), Bəxtiyar İsrafilli (74 kq), Orxan Şərifov və Mircəfər Murtuzlu (hər ikisi 84 kq) bürünc medallara sahib olub.

Qeyd edək ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə