Hakan Balta 2015-ci ilə qədər "Qalatasaray"da

Hakan Balta 2015-ci ilə qədər "Qalatasaray"da

İstanbulun "Qalatasaray" futbol klubu, daha bir futbolçu ilə müqavilə müddətini uzatmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, "cim bom" 2007-ci ildən "Qalatasaray"da çıxış edən təcrübəli futbolçu Hakan Balta, qarşıdakı 2015-ci ilə qədər "cim bom"un uğurları üçün çalışacaq. Xatırladaq ki, H.Balta bu mövsüm ərzində cəmi 17 qarşılaşmada meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə