Əvəzedici komandaların ölkə birinciliyində XXV tura start verilib. Siasport.az saytının məlumatına görə, "Qəbələ" doğma meydanda "Simurq" ilə qarşılaşıb. Final mərhələsinə uğurla start verən və ardıcıl 2 qələbə qazanan "qırmızı-qaralar" seriyanı davam etdiriblər. Matç boyunca rəqibindən üstün oyun nümayiş etdirən meydan sahibləri yekunda Zaqatala təmsilçisini 2:1 hesabı ilə məğlub edib. "Qəbələ"dən Elvin Camalov (d.45) və Elnur Mustafayev (d.78), "Simurq"dan isə Qafar Qafarov (d.49) fərqlənib. Bu qələbə ilə Luis Araqonun yetirmələri aktivindəki xalların sayını 43-ə çatdırıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB