Berti Foqts: "Azərbaycan futbolunda inkişaf çox ləng gedir”

Berti Foqts: "Azərbaycan futbolunda inkişaf çox ləng gedir”

Millimizin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlama verib. Siasport.az saytının məlumatına görə, alman çalışdırıcı bildirib ki, daha çox uğur əldə etmək üçün xeyli çalışmaq lazımdır: "Onlar çox az hazırlaşırlar. Bu da əsas problemlərdən biridir. Alman futbolçular gündə iki dəfə məşq edirlər, azərbaycanlılar isə həftədə 3-4 dəfə. Beş ildir Azərbaycanda çalışıram. Oranın futbolunda inkişaf çox ləng gedir. Hazırda dünya reytinqində 116-cı yerdəyik. Klubların baş məşqçilərinin dəstəyi olmadan biz istədiklərimizi həyata keçirə bilməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə