Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində "İnter" "Bakı" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, səfər oyununda əldə edilən 2:2 hesablı bərabərlik paytaxtın eyniadlı klubunu ölkə kubokunun yarıfinalına çıxarıb. Baş məşqçilərin oyun barədə fikirlərini təqdim edirik:
Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Komandamı təbrik edirəm, taktiki, fiziki, psixoloji baxımdan oyuna mükəmməl hazırlaşmışdıq. İkinci hissədə hesabda geri olsaq da, bizi növbəti mərhələyə çıxardan qolu vura bildik. Klubun prezidenti Hafiz Məmmədova dəstəyinə görə təşəkkür edirəm. Həm çempionluq, həm də ölkə kuboku uğrunda mübarizəni davam etdirəcəyik".
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Bu cür səhvlər buraxmaq gülməlidir. Meydanın mərkəzində çox top itirdik. Artıq bu oyunu unutmalıyıq. Komandada qış toplanışından sonra eniş yoxdur. Ardıcıl olaraq güclü rəqiblərlə qarşılaşırıq. Fərdi səhvlər qapımıza qollarla nəticələnir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB