Bu axşam futbol üzrə İspaniya La Liqasının növbəti turu çərçivəsində bu axşam Madrid "Real"ı və "Barselona" yenidən üz-üzə gələcəklər. Siasport.az saytı xəbər verir ki, bu iki əzəli rəqib bir neçə gün bundan əvvəl Kral Kubokunun yarımfinalında qarşılaşmışdılar. Həmim oyunda kral klubu əzəli rəqibini "Nou Kamp"da 3:1 hesabı ilə darmadağın etmişdi. Əksər futbol mütəxəssisləri belə qənaətdədirlər ki, "Santyaqo Bernabeu"da keçiriləcək bu axşamkı qarşılaşma, daha çox "Barselona"nın qisas oyunu olacaq. Amma "Barselona" bu axşamkı qarşılaşmada Xavinin xidmətindən yararlana bilməyəcək. Bu isə katalon klubu üçün ciddi itki sayılır. Xatırladaq ki, bu maraqlı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB