AFFA tərəfindən inşa olumuş "Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb. Siasport.az saytının məlumatına görə, "U-14 Azərbaycan kuboku" turnirinin 1/4 final mərhələsi çərçivəsində Qərb və Şimal yığmaları arasında keçirilmiş qarşılaşma "Dalğa Arena"nın istifadəyə verildiyi 600 gün ərzində qəbul etdiyi 150-ci oyun olub.
Xatırladaq ki, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın açılış mərasimi 2011-ci il iyunun 6-da FIFA-nın przidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB