Rauf Məmmədov “Moskva Open 2013”də liderdir

Rauf Məmmədov “Moskva Open 2013”də liderdir

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtında şahmat üzrə "Moskva Open 2013" beynəlxalq şahmat festivalı davam edir. Siasport.az saytının məlumatına görə, milli komandamızın üzvü beynəlxalq qrossmeyster Rauf Məmmədov mümkün dörd xalı toplayaraq güclülər qrupunda liderlik edir.
Digər idmançılarımızdan Qədir Hüseynov və Vasif Durarbəyli isə hərəyə üç xal toplayıblar.
Qeyd edək ki, fevralın 11-dək davam edəcək turnirdə ölkəmizi ayrı-ayrı qruplarda 15 şahmatçı təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə