"Qarabağ"da yeni transfer FOTO

"Qarabağ" qış transfer pəncərəsində transferə doymur. Daha öncə Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiçi sıralarına qatan komanda daha bir keçidi reallaşdırıb. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Belçikanın ən məşhur klubu olan "Anderlext"dən Reynaldo Dos Santos Silvanı transfer edib.

Qısaca olaraq Reynaldo adlanan braziliyalı 1989-cü il təvəllüdlüdür. Ön xəttdə universal oyunu ilə seçilən forvard 19 yaşında "Anderlext"ə transfer olunub. Son 2 mövsümdə yüksək liqada "Serkl Brügge" və "Vesterlo"da çıxış edən Reynaldo parlaq çıxışla yadda qalıb. Brügge təmsilçisində klubun bombardiri olan futbolçu bu mövsüm yenidən "Anderlext"ə qayıtmışdı. "Qarabağ" Reynaldonu məhz adıçəkilən klubdan transfer edib. Braziliyalı ilə 3 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə