Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilir. Siasport.az saytının məlumatına görə, 5 fevral 2013-cü il tarixdə sərbəst güləş üzrə yarışlarda 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq çəki dərəcələrində 155 idmançı mübarizə aparıb. Nəticələrə görə, 42 kq çəki dərəcəsində I yerə Sabutay Əmişov (ROİL), 46 kq çəki dərəcəsində I yerə Orxan Abbasov (Azəri İK), 50 kq çəki dərəcəsində I yerə Şamil Bayramov (6№-li UGGİM), 54 kq çəki dərəcəsində I yerə Əli Rəhimzadə (Dinamo İC), 58 kq çəki dərəcəsində I yerə Zəlimxan Vəliyev (Zenit İC) layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB