Bu axşam səfərdə "Gazinetepspor"la qarşılaşacaq İstanbulun "Fənərbaxça" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl Türkiyə Kuboku çərçivəsində "Bursaspor"la oynanılan qarşılaşmada zədələnən Miroslav Stok, dünənki məşq zamanı yenidən xəsarət alıb. Komandanın həkimləri onun ən azı bir həftə yaşıl meydanlara çıxmayacağını açıqlayıblar. Bu isə o deməkdir ki, istanbul klubu bu axşamkı kritik qarşılaşmada slovakiyalı futbolçunun xidmətindən məhrum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB