Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya fevralın 6-da Albaniya millisi ilə keçiriləcək yoldaşlıq matçında meydançaya çıxacaq futbolçuların siyahısını açıqlayıb. Siasport.az saytının məlumatına görə, həmin siyahıda Bakı "İnter"inin müdafiəçisi İlia Kandelakinin də adı var. Bu, 32 ay ərzində ilk dəvətdir.
Xatırladaq ki, Gürcüstan milli komandasının heyətində 14 matç keçirən İlia Kandelaki 2008-ci il Avropa Çempionatının, 2010-cu il Dünya Çempionatının seçmə turnirində də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB