Adamiya yaşıl meydanlara qayıtdı

Adamiya yaşıl meydanlara qayıtdı

Türkiyədə təlim-məşq toplanışı keçirən "İnter" dünən iki dəfə meydançaya çıxıb. Siasport.az saytının məlumatına görə, səhər məşqində futbolçular əsasən fiziki hərəkətlərin və müəyyən məsafayə qaçışın yerinə yetirilməsinə diqqət ayırıblar. Axşam məşqinə isinmə hərəkətlərilə başlayan komanda sonradan meydançanın yarısında ikitərəfli oyun keçirib.

Əlavə edək ki, uzun müddətdir zədə üzündən meydançadan ayrı düşən Georgi Adamiya artıq komandanın sərəncamındadır və gürcüstanlı futbolçu fərdi proqram əsasında məşq edir.

Xatırladaq ki, bu gün "İnter" toplanış çərçivəsində 3-cü yoxlama matçına çıxacaq. Komandanın bu dəfəki rəqibi "Metallurq"(Zaporojye-Ukrayna) olacaq. Oyun yerli vaxtla saat 17.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə