Azərbaycan yığması Avstriya millisini məğlub etdi

Azərbaycan yığması Avstriya millisini məğlub etdi

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey komandası Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Xokkey Liqası turnirinin ikinci mərhələsində növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, komandamız Avstriya yığması ilə qarşılaşıb. Baş məşqçi Adil Paşayevin rəhbərlik etdiyi millimiz Avstriya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Komandamız növbəti görüşünü yanvarın 24-də Litva millisinə qarşı keçirəcək.
Qeyd edək ki, millimiz yarışda ilk görüşündə Qana xokkeyçiləri ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə