Gəncəlilər qalib gəldi

Futzal üzrə Azərbaycan birinciliyinin I divizionunda XII turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, hesabat turunda "Xəmsə" fanklubunun "Kəpəz" komandası turnir cədvəlində ən yaxın izləyicisi olan Bakının "Olimp" klubu ilə qarşılaşıb. Rəqibinə şans verməyən gəncəlilər matçdan 5:2 hesabı ilə qalib ayırlıblar. 12 oyundan sonra komanda 12 xalla turnir cədvəlində 9-cu pillədəki mövqeyini qoruyub. "Kəpəz" çempionatda növbəti görüşünü "Metro AIR" komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə