"Simurq" qış hazırlıqlarına start vermək üçün Antalyaya yola düşüb. Siasport.az saytının məlumatına görə, vitse-prezident Aydın Rizayevin rəhbərliyi altında qardaş ölkəyə gedən Zaqatala təmsilçisi bu gündən ehtibarən gündə iki dəfə olmaqla fiziki hazırlıq məşqlərinə başlayıb. Legioner futbolçular isə öz ölkələrindən birbaşa Antalyaya gələcəklər.
Qeyd edək ki, "Simurq"un Antalyada təşkil olunmuş təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. Sarı-qaralar yanvar ayının 17-nə qədər "Mardan Spor Kompleksi"ndə fiziki ağırlıqlı məşqlər keçəcək və ilk mərhələnin sonuncu günü ilk yoldaşlıq görüşünə çıxacaq. İki günlük istirahətdən sonra komanda Belek bölgəsində yerləşən "Atlantik" otelinə keçəcək və toplanışın növbəti mərhələsinə başlayacaq. Burada isə Zaqatala təmsilçisi dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Komanda fevralın 1-də Antalya toplanışını başa vuraraq ölkəyə qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB