"Qarabağ"ın futbolçuları testdən keçdilər

"Qarabağ"ın futbolçuları testdən keçdilər

"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışına davam edir. Siasport.az saytının məlumatına görə, hazırlığın ilk günündə proqramda 2 məşq olub. Günün son çalışmasında futbolçular ancaq yoxlanışdan keçiblər. Daha doğrusu, "Qarabağ"ın düşərgəsinə təşrif buyurmuş 6 nəfərlik təcrübəli qrup futbolçulardan laktat testi götürüblər. Havanın gözləniləndən soyuq olması test prosesinin bir qədər uzun sürməsinə gətirib çıxarıb. Test prosesi fasilələrlə 3 saata qədər davam edib. "Qarabağ"ın bu günə 2 məşqi nəzərdə tutulub. Artıq ilk məşq başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə