Güləşçilər ümummilli liderimizin məzarını ziyarət etdilər

Güləşçilər ümummilli liderimizin məzarını ziyarət etdilər

Xəbər verdiyimiz kimi, bu gün 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir start götürəcək. Siasport.az saytının məlumatına görə, yarışın iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyulublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn idman ictimaiyyətinin nümayəndələri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Muşviq İsayevin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə