"Neftçi" Kadırov Kubokunda niyə iştirak etməyəcək?

"Neftçi" Kadırov Kubokunda niyə iştirak etməyəcək?

Azərbaycan çempionu "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Kadırov Kubokunda iştirak etmək şanslarını dəyərləndirib. Siasport.az saytının məlumatına görə, o, açıqlamasında bunları dilə gətirib: "Ötən mövsüm "Neftçi" bu turnirdə kifayət qədər uğurlu çıxış etdi və üçüncü oldu. Bu mövsüm bizi yenə dəvət ediblər. Biz də oynamaq arzusunda olduğumuzu bildirmişik. Amma turnirin 5-15 fevral tarixlərində keçirilməsi bizim planlarımızla üst-üstə düşmür. Çünki komanda fevralın 3-də Bakıya qayıtmalıdır. Axı ayın 9-da çempionat bərpa olunacaq. Ona görə də "Neftçi"nin Kadırov Kubokunda iştirakı real görünmür". //Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə