Braziliyanın yetişdirdiyi ən istedadlı gənc futbolçulardan sayılan Neymar gələcək karyerası ilə bağlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir sıra nəhəng Avropa klublarının transfer hədəfində olan braziliyalı futbolçu artıq Avropada çıxış etmək istədiyini elan edib. Avropada futbol oynamağın uşaqlıq arzusu olduğunu deyən Neymar, yaxın zamanlarda bu barədə qərar verəcəyini dilə gətirib. Hazırda doğmaları ilə birlikdə vətənində özünü xoşbəxt hiss etdiyini deyən Neymar, gələcək karyerası haqqında da fikirləşməyin vacibliyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB