Dünya karateçiləri Bakıda döyüşəcəklər

Dünya karateçiləri Bakıda döyüşəcəklər

Bakıda karate üzrə beynəlxalq turnir keçirilcək. Siasport.az saytının məlumatına görə, yarış karatenin "Ichıgeki" növü üzrə təşkil olunacaq. "Nizami" kinotetrında baş tutacaq beynəlxalq turnirdə Bolqarıstan, Almaniya, Gürcüstan, Rusiya, Türkiyə, İran, Qırğızıstan, Azərbaycan və Naxçıvan Muxtar Respublikasından idmançılar döyüşəcəklər. Yarışı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "EL-1" klubunun prezidenti Elçin Əlişah oğlu təşkil edəcək.

Beynəlxalq turnirin baş hakimi 3-cü dan qara kəmər sahibi Mikayıl Abdullayev olacaq.

Qeyd edək ki, dekabrın 24-də baş tutacaq yarış "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq. Turnirin informasiya dəstəyi Səs TV-dir. İştiakçıları nəzərinizə çatdırırıq:

1. Nail Quliyev – AZE (İFK)

2. Mübariz Ağamalıyev – Naxçıvan MR

3. Sergey Georgiyev – Bolqarıstan

4. Pietro Sibilio – Almaniya (Kyohusdindo)

5. Khachapuridze Afto – Gürcüstan (M-1)

6. Thichatkin Denis – Rusiya

7. Bülent Keremoğlu – Türkiyə (Kyokushin)

8. Möhsün Yari – İran (Free Fighting)

9. Renat Baktıbek Uulu – Qırğızıstan (Sayokan)

10. Elçin Mürsəlov – AZE (Triking)

Bütün xəbərlər Facebook səhifəmizdə