Derbi təxirə salına bilər

Bu gün Azərbaycanın Topaz Premyer Liqasının 17-ci turunda baş tutacaq "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması təxirə salına bilər. Siasport.az saytı xəbər verir ki, buna Lənkərana yağan güclü yağış səbəb göstərilir.

Belə ki, leysan yağışları onsuz da ideal olmayan arenanın qazonu bir qədər də yararsız hala salıb. Ona görə də mümkündür ki, ölkənin ən böyük iki klubunun görüşü baş tutmasın.


Hələlik isə oyunun baş tutub-tutmayacağı ilə bağlı heç bir rəsmi açıqlama verilmir.//Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə