Şahmatçılarımız Dünya İntellektual Oyunlarında yarışacaqlar

Şahmatçılarımız Dünya İntellektual Oyunlarında yarışacaqlar

Bu gün Çinin paytaxtı Pekində Dünya İntellektual Oyunları başlayacaq. Siasport.az saytının məlumatına görə, dekabrın 19-dək davam edəcək yarışda dünyanın 16 güclü şahmatçısı arasında Azərbaycan yığmasının lideri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da yer alacaq. Qrossmeysterlərimizin rəqibləri Sergey Karyakin, Aleksandr Morozeviç, Aleksandr Qrişuk (hər üçü Rusiya), Hikaru Nakamura, Qata Kamski (hər ikisi ABŞ), Vasili İvançuk (Ukrayna), Veselin Topalov (Bolqarıstan), Peter Leko (Macarıstan), Viorel Boloqan (Moldava), Van Hao, Dinq Liren (hər ikisi Çin), Aniş Qiri (Hollandiya), Levon Aronyan (Ermənistan) və Lauren Frissenet (Fransa) olacaq.
Qeyd edək ki, zəka sahibləri şahmatın rapid, blits və gözübağlı növlərində qüvvələrini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə