Qazaxıstanda keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə milli komandamızın 3 üzvü yarımfinala vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropovanın (69 kq) qələbəsi daha parlaq olub. O, rəqibini 3 dəfə noqdauna saldığından hakimlər döyüşü saxlayaraq, qələbəni yığmamızın üzvünə veriblər.
Leyla Cavadova da (75 kq) əzmkar qələbə ilə yadda qalıb. Boksçumuz 1-ci raundda noqdauna düşsə də, qazaxıstanlı rəqibini 11:10 hesabı ilə məğlub edib.
Aynur Rzayeva da ¼ final mərhələsində qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Əzizə Abbasova isə yerli boksçu ilə döyüşdə bərabər səviyyədə mübarizə aparsa da, qələbə rəqibə verilib - 8:9.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB