"Lyon" yenə xal itirdi

Fransa çempionatında işləri olduqca yaxşı gedən "Lyon", "Nansi" ilə qarşılaşmada meydanı cəmi 1 xal ilə tərk edib. Siasport.az saytı xəbər verir ki, ən yaxın təqibçisi olan "PSJ" ilə xal fərqini çoxaltmaq istəyən "Lyon", hazırda turnir cədvəlinin 19-cu sırasında olan "Nansi"nin müqavimətini qıra bilməyib. Tərəflər meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə