Bokçularımız Ermənistanın paytaxtı Yerevanda keçirilən boks üzrə gənclər arasında dünya çempionatında ilk qələbələrini qazanıblar. Siasport.az saytı xəbər verir ki, 2-ci gündə rinqə çıxan 3 boksçumuzdan 2-si növbəti mərhələyə çıxıb. Belə ki, mübarizəyə 1/32 finaldan başlayan Rahil Məmmədli (91 kq) Puerto-Rikodan olan Saret Murielu 17:11 (8:5, 6:3, 3:3) məğlub edib. Onu növbəti mərhələdə venesuelalı Alfonso Floreslə döyüş gözləyir. Ardından rinqə çıxan Tural Əhmədov (52 kq) Norveçdən olan Hadi Hassan Srura qalib gəlib – 21:12 (7:7, 9:3, 5:2).
81 kq-da döyüşən Rauf Rəhimov isə Gürcüstandan olan Aleksandr Dokvedze ilə döyüşü başa vura bilməyib. Belə ki, ilk 2 raunddan sonra hesab 6:5 (2:3, 4:2) rəqibin xeyrinə olarkən, 3-cü raundda boksçumuz diskvalifikasiya olunub. Qeyd edək ki, dünya çempionatında ilk təmsilçimiz Nəsrəddin Məmmədov (56 kq) 1-ci döyüşündə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB