Arsen Venger də "Messi" dedi...

Daha bir futbol mütəxəssisi, "Barselona"lı Leonel Messinin "Qızıl top"u almağa daha layiqli olduğu fikrindədir. Siasport.az saytı xəbər verir ki, London "Arsenal"ının baş məşqçisi Arsen Venger "Barselona"nın futbolçusu Lionel Messini fərdi göstəricilərinə görə 2012-ci il üçün FİFA-nın "Qızıl top" mükafatını almağa layiq olduğunu deyib. "Dumanlı albiom" mətbuatı yazır ki, fransız futbol mütəxəssisi bi qənaətdədir ki, mükafata digər iki namizəd – Kriştiano Ronaldo və Andres İnyestadan fərqli olaraq, Messi bu il komandası üçün daha faydalı olub. "Qızıl top" Messiyə ən azı bu il vurduğu qollara görə verilməlidir. Amma əgər söhbət sırf komandanın göstəricilərindən gedirsə, o zaman mən Ronaldo və İnyesta arasında seçim edərdim" – A.Venger fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə