"Fənərbaxça"nın keçmiş baş məşqçisi olan Artur Ziko, futbol üzrə İraq millisinin baş məşqçisi postundan istefa verib. Siasport.az saytı xəbər verir ki, braziliyalı futbol əfsanəsi, buna səbəb kimi İraq Futbol Federasiyasının üzərinə götürdüyü maddi öhdəlikləri yerinə yetirməməsini göstərib. 2011-ci ildən A.Zikonun rəhbərliyi altında çalışan İraq milli komandası, 21 qarşılaşmada 10 qalibiyyət, 6 bərabərlik və 5 dəfə məğlubiyyətlə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB