"Neftçi" PFK Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Sumqayıt" klubunu qəbul edəcək. Siasport.az saytının məlumatına görə, "8-ci km stadionu"nda keçiriləcək qarşılaşmanın biletləri bu gündən etibarən satışdadır. Azarkeşlər biletləri "Park Bulvar" ticarət mərkəzindən, T.Bəhramov adına respublika stadionunun və "8-ci km stadionu"nun kassalarından ala bilərlər. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. Qeyd edək ki, "Neftçi"-"Sumqayıt" matçı 17 noyabr saat 15:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB