Bakı şəhər çempionatı başa çatıb

Bakı şəhər çempionatı başa çatıb

"Musado" idman klubunda taekvando üzrə keçirilən Bakı şəhər çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən çempionatda müxtəlif çəki dərəcələrində 127 nəfər idmançı mübarizə aparıb. Kişilər arasında yarışlarda birinci yerlərə Samir Aydınov, Vüsal Məmmədov, Elçin Əliyev, Ziya Qasımov, Hüseyn Mehralıyev, Sənan Babayev və Seyid Əzim Bədirxanlı layiq görülüb. Qadınların mübarizəsində isə Surə Fərəcli, Nigar Hacıyeva, Ülviyyə İskəndərli və Yelena Babayeva birinci yeri tutub.
Qaliblər medallar və müvafiq dərəcəli diplomlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə