Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına şəhər stadionda 2 aydır əsaslı təmirə davam edir. Siasport.az saytının məlumatına görə, böyük həcmli yenidənqurma işlərinə 50-dək işçi qüvvəsi cəlb olunub.
Kompleksdə əlavə olaraq daha 3 meydança tikiləcək və "Sumqayıt" futbol klubunun akademiyası açılacaq, tamaşaçı tutumu 15 min nəfərə çatdırılacaq. Ölkəmizin Gürcüstan ilə birgə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyi reallaşarsa, oturacaqların sayı 30 minə də çatdırıla bilər.
Bu möhtəşəm layihənin 2-3 ilə başa çatdırılacağı, şəhər stadion kompleksinin tam istifadəyə veriləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB