"Sumqayıt” - ”Xəzər Lənkəran”: prevyu

"Sumqayıt” - ”Xəzər Lənkəran”: prevyu

"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XI turunda "Sumqayıt"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, dövrənin son turundakı rəqib indiyədək 2 dəfə "Xəzər Lənkəran"ın qarşısına çıxıb. Hər 2 qarşılaşmada cənub təmsilçisi qalib gəlib.

Ötən mövsüm baş tutan matçlar Premyer Liqaya təsadüf edib. Həmin vaxt elitanın debütantı olan rəqib ilk matçda "Sumqayıt Şəhər", 2-ci qarşılaşmada "Sumqayıt" adını daşıyıb. Lakin hər 2 matçda eyni sayda – 3 qol vurulub.

Üç qolun vurulduğu matçların hər ikisində 3 xal qazanan "Xəzər Lənkəran"ın şərəfini bu oyunlarda 20 futbolçu qoruyub. Onlardan 7-si hər 2 matçda meydana çıxıb, 4-ü əvəzolunmadan mübarizə aparıb.

Komandanın 5 qolunu 5 müxtəlif oyunçu vurub: Andrey Mureşan, Katalin Doman, Emeka Opara, Julius Vobay və Eder Bonfim.

2011/12 06.08.2011 Çempionat e 2:1
2011/12 03.03.2012 Çempionat s 3:0

Bütün xəbərlər Facebook səhifəmizdə