"Simurq" Peşəkar Futbol Klubunun kollektivi Qurban bayramını qeyd edib. Siasport.az saytının məlumatına görə, səhər hər bir kəsin iştirakı ilə qurbanlıqlar kəsilib. AZAL-la oyundan sonra isə bayram süfrəsi açılıb. Əvvəlcə klubun prezidenti Anar Bəkirov çıxış edərək bütün kollektivi Qurban bayramı münasibətilə təbrik edib. Daha sonra isə hər kəs süfrə arxasına əyləşərək, bir-biri ilə bayramlaşıb, qurbanlıqlardan hazırlanmış yeməklərin dadına baxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB