Mirça Luçesku yenidən Türkiyəyə gələ bilər

Mirça Luçesku yenidən Türkiyəyə gələ bilər

2014 -cü il futbol üzrə dünya çempionatına qatılma ümidlərini möcüzələrə bağlayan Türkiyə millisinin baş məşqçi Abdullah Avcının yerinə Mirça Luçeskunun gətiriləcəyi ilə bağlı xəbər yayılıb. Siasport.az saytı türk mətbuatına xəbər verirki, Türkiyədə "Qalatasaray" və "Beşiktaş"la çempionluq əldə edən, türk futboluna yaxından bələd olan Luçesku qardaş ölkənin millisni çalışdıra bilər. Ukryana klublarından "Şaxtyor Donetsk"də işləyən Luçeskuya bu barədə açıq təklif etmək planlaşdırlır.

Xatırladaq ki, "D" qrupunda mübarizə aparan Türkiyə millisi 4 oyundan sonra 3 xal toplayıb və 4 -cü pillədə qərarlaşıb.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə