Azərbaycan və İspaniya klubları arasında danışıqlar davam edir SON DƏQİQƏ
Bu gün "Bakı" futbol klubu ilə İspaniyanın "Atleko Madrid" klubu arasında əməkdaşlıq haqqında müqavilə imzalancaq. Saat 15:00-da bununla əlaqədar media önününə çıxmalı olan hər iki klubun rəhbərliyi arasında əməkdaşlıq bardədə müzakirələr hələ də davam edir. Siasport.az-nın "Bakı" futbol klubunun bazasında olan əməkdaşının verdiyi məlumata görə, tədbirin vaxtından 2 saat 30 dəqiqə keçməsinə baxmayaraq hələ ki, klub rəhbərləri media önünə çıxmayıblar. Hazırda klubun bazasında danışıqların nəticələri barədə rəhbər şəxsləri mediaya açıqlama verməsi üçün hazırlıq işləri gedir.
Qeyd edək ki, danışıqlarda aparılan müzakirələrdə "Atleko Madrid" klubunun vitse-prezidenti, maliyyə məsələləri üzrə rəhbər şəxslər, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB