Topaz Premyer Liqasının VIII turunda "Simurq" Zaqatalada "Sumqayıt"ı minimal hesabla məğlub edib. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:
Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Bütün oyuna nəzər salsaq, heç bir komandanın qalib gəlməyəcəyini düşünmək olardı. Qərar verəcəyimiz anda səhv buraxdıq. Əvvəlki oyunlardakı kimi gücümüzü göstərməyə çalışdıq. Təəssüf ki, məğlub olduq".
Georgi Çıxradze, "Simurq" klubunun baş məşqçisi: "Çox gərgin və maraqlı oyun oldu. "Sumqayıt" son iki oyunda güclü rəqibləri məğlub edib, 6 xal qazanmışdı. Bizim çempionatın lideri olmağımız da "Sumqayıt" üçün əlavə motivasiya idi. Qol imkanlarımız çox oldu. Lakin yalnız birindən faydalanıb, qalib gəldik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB