Bakıda beynəlxalq festival keçiriləcək

Bakıda beynəlxalq festival keçiriləcək

Sabah Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Sumo Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman Kompleksində sumo üzrə "Baku Open 2012" II ənənəvi beynəlxalq festival keçiriləcək. Siasport.az saytının məlumatına görə, tədbirin açılış mərasimi saat 17:00-da təşkil olunacaq.

Festivalda 14 ölkədən 200 nəfərə yaxın idmançı (Azərbaycan, Türkiyə, Ukrayna, Yaponiya, Rusiya, Belarusiya, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Polşa, Monqolustan, İordaniya, Misir, Şri-Lanka) iştirak edəcək.

Nəzərinizə çatdıraq ki, yarış aşağıdakı çəki dərəcələri üzrə keçiriləcək.

Kadetlər (1999-2000-ci illər): -40 kq, -50 kq, +50 kq

Yeniyetmələr (1994-95-ci illər): - 60 kq ,- 80 kq, +80 kq

Kişilər: - 85kq, mütləq çəki dərəcəsi

Komanda yarışı:-85 kq, -115kq, +115kq.

Qeyd edək ki, beynəlxalq festivalın keçirilməsinin məqsədi sumo idman növünün geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların aşkar edilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə