Bu gün Bakıda "Körpülərin salınması" konfransı öz işini "Sərhədsiz" idman adlı paneldə davam etdirib. Siasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən BMT baş katibinin "İdman inkişaf və sülh naminə" proqramının xüsusi məsləhətçisi Vilfird Lemke deyib ki, Azərbaycan idmanı böyük inkişaf yolundadır. Onun sözlərinə görə, ölkənin olimpiya oyunlarında 10 medal qazanması yüksək nəticədir. Qonaq bildirib ki, idman həqiqətən də körpülərin salınmasında, xalqlar arasında münasibətlərin güclənməsində vacib rol oynayır.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev isə bildirib ki, Azərbaycanda digər idman sahələri ilə bərabər boks da inkişaf etməkdədir. Bu il ölkədə keçirilmiş boks üzrə dünya çempionatında 113 ölkədən 590 idmançı iştirak edib ki, bu da "Ginnesin" rekordlar kitabına layiq bir göstəricidir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan rəhbərliyinin idmana böyük qayğı göstərdiyini deyib. O, hazırda ölkədə 35 olimpiya komplekslərinin fəaliyyət göstərdiyini vurğulayıb.
AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycanda qadın futbolunun inkişafından, ölkədə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatından danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB