Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 29-30-da "ClimBaku" Dırmanma Mərkəzində idman dırmanması üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarış 3 mərhələdə - sürət, çətinlik və boulderinq növləri üzrə təşkil olunacaq.
Yarışda Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və İrandan olan idmançılar da birincilik uğrunda mübarizə aparacaqlar.
Çempionatda hər növ üzrə ilk üç yeri tutan idmançılar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən diplomlarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə