“PSJ” komanda daxili rəqabəti artırır

“PSJ” komanda daxili rəqabəti artırır

Cari mövsüm transferləri ilə kifayətlənməyən "PSJ" klubu daha yeni bir futbolçusunu mətbuat qarşısına çıxardıb. Siasport.az saytının məlumatına görə, Fransa komandası hollandiyalı müdafiəçi Greqori van der Vielin təqdimatını edib.

Mətbuat konfransında fikirlərini ifadə edən sağ cinah müdafiəçisi klubunun çempionluq hədəfinə nail olmaq üçün əlindən gələni edəcəyini bildirib. Bundan əlavə, o, təkcə müdafiəyə deyil komandanın hücum gücünə də dəstək olacağını deyib.

Komanda daxilində forma rəqabəti haqda da danışan 24 yaşlı futbolçu məsələyə belə aydınlıq gətirib: "Komanda daxilindəki rəqabət bütün futbolçular kimi mənim də maraq dairəmdədir. Bura ehtiyat stullarda oturmaq üçün gəlməmişəm. Heyətin digər sağ cinah müdafiəçisi və kapitanı braziliyalı Jaletə böyük hörmət edirəm. Amma forma geymək üçün rəqabət aparacam".

Bütün xəbərlər Facebook səhifəmizdə